Ukraynada Rusiya ordusunun alay komandiri öldürülüb

“RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiyanın 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisini məhv edib.