Paşinyan itkin düşən ermənilərin sayını açıqladı

Birinci və İkinci Qarabağ müharibəsində Ermənistanın 985 hərbçisi itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsində 777 nəfər itkin düşüb. 44 gün davam edən ikinci müharibədən sonra 208 nəfər itkin düşmüş hesab olunur.

Baş nazir vurğulayıb ki, onların taleyinə aydınlıq gətirmək üçün işi davam etdirmək lazımdır. Bu məsələ Brüsseldə də müzakirə edilib. Paşinyanın sözlərinə görə, görüşdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlıq imkanları və məsələlər də müzakirə mövzusu olub.