Ukraynaya 60 min tank əleyhinə sistem verilib

Qərb ölkələri artıq Ukraynaya 60 minə yaxın tank əleyhinə sistem və 25 min daşına bilən hava hücumundan müdafiə sistemi verib.

Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

ABŞ Dövlət katibi Entoni Blinken isə bildirib ki, Qərb ölkələri yardım çərçivəsində Ukraynaya verdikləri silah çeşidini genişləndirməyi planlaşdırır.