Rusiya Su-27 və 8 PUA vurdu

Rusiya ordusu son sutkada Ukraynanın 1 ədəd Su-27 qırıcısını və 8 ədəd PUA-sını məhv edib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov mediaya açıqlamasında deyib.

O qeyd edib ki, Su-27 Xarkov vilayətinin Lozovaya yaşayış məntəqəsində, PUA-lar isə İzyum, Levkovka, Yeni Həştərxan, Sçastlivoye və digər ərazilərində vurulub.