Rusiya ilk dəfə müharibədə ölən ukraynalı hərbçilərin siyahısını yaydı – 23367 nəfər

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə həlak olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri haqda siyahı dərc edib.

Siyahıda həlak olan Ukrayna əsgərlərinin şəxsi məlumatları əks olunub.

Bu barədə bazar ertəsi, aprelin 18-də Rusiyanın Müdafiə Nazirliyi rəsmi Telegram kanalında məlumat verib.

Siyahıda hərbçilərin doğum tarixi, hərbi ixtisasları və vəzifələri, hərbi hissələrin nömrəsi, habelə ölüm halları göstərilir. Siyahı müvafiq olaraq üç və dörd hissədən ibarət iki böyük qrupa bölünür.

Müdafiə Nazirliyinin məlumatında ​​vurğulanır ki, hərbi idarə Ukrayna ordusunun, milli qvardiyasının və gələn xarici muzdluların həqiqi itkiləri barədə etibarlı məlumatlara malikdir.

Rusiya tərəfinin iddiasına görə, bu günə qədər Ukrayna tərəfindən real sənədləşdirilmiş itkilər 23367 nəfərdir.

“Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan sənədlər də çoxlu sayda fərari, yaralı və itkin düşmüş hərbçilərin olduğuna dəlalət edir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə müharibədə ölən ukraynalı hərbçilərin sayının təxminən 3 nəfər olduğunu bildirmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiya tərəfi bu günə kimi müharibədə 20600 nəfər itirib.

Rusiya Ukraynada müharibəyə fevralın 24-də başlayıb.