Uralda bir qrup turist yoxa çıxdı

Səkkiz nəfərdən ibarət turist qrupu Sverdlovsk vilayətində çayda raftinqlə məşğul olarkən yoxa çıxıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə axtarış-xilasetmə dəstəsinin əməliyyat qrupu və polis nümayəndələri göndərilib. Lakin turistlərin izlərinə rast gəlinməyib. Xilasedicilər çayları və sahilyanı əraziləri araşdırır.