Rusiya 45 milyon insanı ac qoyur

Rusiyanın Odessa regionunun limanlarını blokadaya alması qlobal ərzaq fəlakətinə səbəb ola bilər.

Bu barədə BMT məlumat yayıb.

Məlumata görə, bu limanlar bir ildə dünya üzrə 400 milyon insanın qidalanmasına kömək edir. İndi onlar hərbi təhlükəyə görə bağlanıblar. Əgər Ukrayna limanları açılmasa, 38 ölkədə 45 milyon insan aclıq təhlükəsi ilə üzləşir.