Ukraynanın 40 əsgərini məhv etdik – Rusiya

Xerson vilayətində yüksək dəqiqlikli raketlər vasitəsilə Ukrayna qoşunlarının hərbi texnikası və şəxsi heyəti məhv edilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Novovorontsovka və Kiselyovka rayonlarına zərbələr nəticəsində Ukrayna qoşunlarının 40-a qədər şəxsi heyəti, həmçinin 7 hərbi texnikası məhv edilib”, – Konaşenkov bildirib.