Naxçıvan Dövlət Musiqili Dram Teatrına yeni status verildi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.