Nazir Namidan Piriyevə yeni vəzifə verdi

Polis polkovnik-leytenantı Namidan Piriyev Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbər təyin edilib.

Report xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.