Paşinyanın “öldürdüyü hamilə qadın”ın şəkli YAYILDI

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin vurduğu qadının şəkli yayılıb.

Ermənistan KİV-ləri kortejin vurub öldürdüyü 29 yaşlı hamilə qadının Sona Mnatsakanyan olduğunu yazıb.

Məlumata görə, xəstəxanada bətnindəki körpəsi ilə birgə ölən Sona Mnatsakanyan Qarabağdakı QHT-lərdən birinin proqram rəhbəri olub.

Hadisə ötən gün İrəvandakı Paronyan və Leo küçələrinin kəsişməsində baş verib.

Sona Mnatsakanyanı baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən maşın vurub. Kortejin zərərçəkənə kömək etmək üçün dayanmadığı bildirilir.

Olay Ermənistanda Nikol Paşinyana qarşı başlayan etirazları alovlandırıb.