ABŞ Türkiyəyə F-16 satışına icazə verir

ABŞ Konqresinin bir neçə üzvü Türkiyəyə F-16 qırıcılarının satışına “yaşıl işıq” yandırıb.

Bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

“Konqresin bir vaxtlar Türkiyəni F-35 proqramından uzaqlaşdıran əksər üzvləri Ukrayna müharibəsindəki oynadığı rola görə Türkiyəyə F-16 satışına razılıq veriblər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” təyyarəsi və 80 döyüş təyyarəsinin modernləşdirilməsi üçün dəstlər istəyir.