Lavrov müharibə olacağını biləndə şoka düşdü – Qrozev

Rusiya Prezidenti Vladimir Putinin ətrafına onun Ukraynaya genişmiqyaslı işğal planlaşdırdığı barədə məlumat verilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib.

“Hətta Lavrov sona kimi inanırdı ki, bu, hardasa müharibə hədəsi olacaq. O, bunun real müharibə olacağını biləndə şoka düşmüşdü”, – Qrozev bildirib.

Onun sözlərinə görə, Rusiya elitası hələ də Putinə qarşı çıxmağa hazır deyil:

“Bir müddət əvvəl həmkarlarımızla birlikdə Putinə yaxın olan bir oliqarxın səs yazısına qulaq asdıq. Həmin oliqarx dostuna deyirdi ki, kaş o bundan (hansısa xəstəlikdən söhbət gedir) ölərdi, çünki o, bizi məhv elədi, Ukraynanı, Rusiyanı məhv edir. Bunlar belə düşünürlər. Onlar aktiv və passiv şəkildə ondan necə xilas olmaq barədə fikirləşirlər”.