Meriya 10 mayda nə edəcəyini bilmir

Bir neçə il ardıcıl olaraq hər il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Gül bayramı” qeyd olunurdu. Bu günlərdə ənənəvi olaraq Heydər Əliyev adına parkda güllərdən müxtəlif formalarda bəzədilmiş kompozisiyalar nümayiş olunurdu. 2017-ci ildən isə “Gül bayramı” iməcilik formatına çevrildi.

Bəs, bu il 10 may tarixi necə qeyd ediləcək?

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Mətin Hüseynov bildirib ki, pandemiya dövründən yeni çıxdığımıza görə kütləvi tədbirlər və iməcilik olmayacaq.

“Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər icra hakimiyyətləri tərəfindən bu il də keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin tədbirlər planında hələ ki, iməciliklərin baş tutacağı barədə məlumat yoxdur. Amma ola bilsin ki, rayon icra hakimiyyətləri tərəfindən iməciliklər təşkil olunsun”.