Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

Parlamentin növbəti toplantısı mayın 13-də baş tutacaq.

İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.