Ermənistanda sabiq nazir SAXLANILDI

Ermənistanda etiraz aksiyası zamanı ölkənin keçmiş polis rəisi, sabiq daxili işlər naziri Valeri Osipyan saxlanılıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildə indiki baş nazir Nikol Paşinyanın tərəfdarları etiraz aksiyası keçirən ərəfədə Valeri Osipyan müxalifətlə iqtidar arasında danışıqların başlıca vasitəçilərindən sayılırdı. 2019-cu il sentyabrın 18-də Osipyan tutduğu vəzifədən azad edilib. Həmin gün o, baş nazirin baş müşaviri təyin edilsə də, tezliklə bu vəzifəni də tərk edib.

Xatırladaq ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb.