Peskov Ermənistanın Avrasiya İttifaqında iştirakının dayandırılmasına münasibət bildirib

“Ölkələrin Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və bunun davam etdirilməsi onların maraqlarına uyğundur”.

Zafer Tv Musavat.com-a  istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Aİİ-də iştirakını dayandırmaqla bağlı xəbərlərə bu sözlərlə reaksiya verib.

Jurnalistlərdən biri Kremlin Ermənistanın Aİİ-də iştirakının dayandırmasının risklərini görüb-görmədiyini soruşub. Çünki bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqavilənin guya yerinə yetirilmədiyini və İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirmişdi. Daha sonra təşkilatın katibliyi rəsmi İrəvanın üzvlüyünün dayandırılması ilə bağlı müraciətinin ona daxil olmadığını açıqlamışdı.

“Cavab olaraq sizə yalnız bir şeyi deyə bilərəm: ümumilikdə inteqrasiya prosesinin özü çox uğurludur və iştirakçı ölkələr üçün sürətli inkişafı təmin edir. İştirakçı ölkələr bunu bilirlər. Üzv dövlətlərin ÜDM-nin illik artım templərində Avrasiya İqtisadi inteqrasiya prosesinin payı daha çox nəzərə çarpır”, – deyə Peskov söyləyib.