Ermənilərə görə konstitusiyanı dəyişmək olmaz – BMTM sədri

“Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gündəmdədir. Bizim mövqeyimiz bəllidir, Azərbaycan aydın təkliflər verib. Amma bu gün Ermənistan bir sıra iddialar irəli sürür”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

“Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayır. Rus, gürcü və digərlərinin hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorunur. Qarabağda yaşayan 25 min erməni üçün konstitusiyaya dəyişiklik edilməsinə ehtiyac yoxdur. Bu gün Ermənistanın üzərinə böyük yük düşür. Ermənistan Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməlidir”, – deyə Fərid Şəfiyev vurğulayıb.