Həftəsonu 5 qəzada 6 nəfər öldü

2022-ci il mayın 14-də və 15-də daxili işlər orqanları tərəfindən qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.