Krım rəsmisi: Ukrayna ordusu gəlmir, inanmayın!

Rusiya ordusu Ukraynanın cənubunun “azad edilmiş” ərazilərini tərk etməyəcək. Ona görə də yerli əhali ukraynalı millətçilərin geri qayıtmasından qorxmamalıdır.

Bunu Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks deyib.

“Yerli əhali ukraynalı millətçilərin və neonasistlərin geri qayıtmasından qorxmamalıdır. Xəyali qələbələr və gözlənilən hücumlar haqqında Ukrayna təbliğatının danışdığı dəhşətli hekayələr başqa bir blefdir. Ordumuz Ukraynanın cənubunun azad edilmiş ərazilərini tərk etməyəcək, xüsusi əməliyyatın məqsəd və vəzifələri yerinə yetiriləcək. Cənub bölgələrinin sakinlərinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir”, – o bildirib.