Makronlar, Putinə rəğbət bəsləyənlər hərəkətə keçdi

Rusiya Prezidenti Vladimir Putin hələ də ümid edir ki, Ukrayna ilə müharibədən sonra əvvəlki simasını qoruyacaq. Ona görə də o, Kiyevlə sülh sazişi imzalamaq üçün xaricdəki agentlərini səfərbər edib.

Bu fikri rusiyalı publisist Andrey Piontkovski deyib.

O bildirib ki, Putinin mayın 9-dakı çıxışı onun Ukraynaya genişmiqyaslı işğalın fəlakətli səhvini dərk etdiyini göstərir:

“Mayın 9-dan dərhal sonra Rusiyanın Qərbə, o cümlədən ABŞ-a qarşı təbliğat hücumu görünməmiş intensivliklə başladı. Makrondan başlayaraq bütün agentlər, Kremlə rəğbət bəsləyənlər səfərbər oldular. Onlar Putinin simasını itirməməsinə çalışırlar”.

Piontkovskinin sözlərinə görə, Rusiyanın təzyiqi həm də ABŞ-dan Ukraynaya silah axınını azaltmağa yönəlib:

“Kreml üçün ən azı Ukrayna ərazisinin bir hissəsini dişlərində saxlamaq çox vacibdir – “qələbəni” öz xalqına “satmaq” üçün deyil, simasını qorumaq üçün. Moskvanın diplomatik və siyasi mövqeyi də bu istiqamətdədir”.