Ukraynada öldürülən uşaqların sayı ARTIR

Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlamasından indiyədək 241 uşaq ölüb, 438 uşaq yaralanıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumata görə, uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.