Uşaqların 14 faizi qeyri-rəsmi nikahlardan doğulub – Ombudsman

2020-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuş uşaqların sayı doğulan uşaqların ümumi sayının 14 faizini təşkil edib.

Bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-rəsmi nikahların da sayı az deyildir.

“Belə münasibətlər isə ailə mübahisələrinin yaranmasına, bu cür ailələrdə doğulmuş uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunan göstərici öz növbəsində risk altında olan uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz.

Ailə mübahisələrində tərəflərin qarşılaşdıqları və həll edilməli olan əsas məsələlərdən biri də aliment ödənişləri ilə bağlıdır. Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə olan neqativ münasibəti, şəxsi prinsipləri səbəbindən ödənişlərin aparılmasından yayınır”, – deyə o bildirib.