Ermənistan və İran ilk birgə kulinariya festivalı keçirəcək

Ermənistan və İran ilk birgə kulinariya festivalının keçirilməsi barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, razılığa görə, avqustda Zəngəzurda genişmiqyaslı birgə tədbir keçiriləcək.

Avqustun 11-12-də keçiriləcək festivalda erməni mətbəxi təqdim olunacaq.

Artıq koordinatorlar da təyin edilib – bunlar Zəngəzur (Sünik) vilayət administrasiyasının və İranın Ermənistandakı səfirliyinin nümayəndələridr. İlkin razılaşmaya əsasən, tədbir növbə ilə Ermənistan və İranda keçiriləcək.

İrəvan Tbilisi ilə ilk erməni-gürcü kulinariya festivalının təşkili üçün də danışıqlar aparır.

Festival əvvəlcə Dilicanda, sonra isə Telavidə keçiriləcək.