Peskov: “Nüvə müharibəsi ilə bağlı sual vermək qeyri-peşəkarlıqdır”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə müsahibəsində nüvə müharibəsi ehtimalı ilə bağlı sual verən jurnalistləri qeyri-peşəkar adlandırıb.

Prezidentin sözçüsü nüvə müharibəsi ilə bağlı sual verməməyi tövsiyə edib.
O deyib ki, bu cür sualları verməmək üçün media peşəkar, onlara cavab verməyənlər isə müdrik olmalıdır.

“Hesab edirəm ki, bu gün media o qədər peşəkar olmalıdır ki, bu cür suallar verməsin, müsahiblər isə gərək belə suallara cavab verməsinlər” – deyə Peskov bildirib.