Bu rayonlarda su kəsildi

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə “Azərsu” ASC-dən verilən məlumatda bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.