BƏƏ prezidenti Fransaya səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan Fransaya səfər edəcək.

Bu barədə BƏƏ-nin dövlətə məxsus WAM agentliyi məlumat yayıb.

Səfərin iyulun 18-də baş tutacağı bildirilir. Şeyx Məhəmməd Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Tərəflər gələcəyin enerjisi, iqlim dəyişikliyi, qabaqcıl texnologiya sahələrində birgə fəaliyyət və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərini müzakirə edəcək.