Macarıstan ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bu çərçivədə silahların genişmiqyaslı tətbiqi ilə hərbi təlimlər və qoşunların hərəkətliliyi nəzərdə tutulur.B

Bu barədə Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovniçki məlumat verib.

“Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsi çərçivəsində hərbçilər əsas texnika və silahlardan istifadə, eləcə də bununla bağlı komanda hərəkətləri üzərində daha intensiv çalışacaqlar”, – deyə nazir bəyan edib.

O, vurğulayıb ki, macar xalqının təhlükəsizliyi hökumət və Müdafiə Nazirliyi üçün prioritet olaraq qalır.

“Şərq qonşumuzun ərazisində dayanmayan müharibə gedir və qaçaqmalçılar tərəfindən təşkil edilən qeyri-qanuni miqrantların axını cənubdan getdikcə daha aqressiv şəkildə ölkəmizi təhdid edir. Biz hadisələri qabaqlamalıyıq”, – deyə nazir Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması əmrinin səbəbini izah edib.

Həmçinin o, bildiirb ki, Müdafiə Nazirliyi müharibənin Macarıstan sərhədinə çatmayacağına əmindir. Lakin hakimiyyət buna hazırlaşmaq üçün əlindən gələni edir.