Rusiya Ukraynada 353 uşağı qətlə yetirib

Ukraynada Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində 353 uşaq həlak olub, 666 uşaq yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti  məlumat yayıb.

“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1019-dan çox uşaq xəsarət alıb. 353uşaq həlak olub,  666-dan çox azyaşlı isə  yaralanıb”, – məlumatda deyilir.