Türkiyə ordusu iki terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə iki PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular “Sülh bulağı” əməliyyatı zonasına hücum hazırlayırdılar.

Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini qeyd edib.