İndoneziyada hərbi təyyarə qəzaya uğradı

İndoneziyanın Yava adalarında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə İndoneziya Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü İndan Gilanq məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya istehsalı olan T-50 Qızıl Qartal tipli təyyarə İsvahyudi bazasından qalxdıqdan 1 saat sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotu ölüb.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.