Konqres bu ölkələrin NATO-ya daxil olmasını təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası Finlandiya və İsveçin NATO-ya daxil olması haqda protokolu təsdiqləyib.

Bu barədə “Hill” nəşri məlumat yayıb.

Nümayəndələr Palatasının 17 nümayəndəsi bu ölkələrin Alyansa daxil olması ilə bağlı qətnamənin əleyhinə, 394 konqresmen isə lehinə səs verib.