Pakistanda güclü yağışlar 238 nəfərin həyatına son qoydu

Pakistanda musson daşqınları nəticəsində iyunun ortalarından bəri ölənlərin sayı 238 nəfərə çatıb, 187 nəfər yaralanıb.

Bu barədə Pakistanın Təbii Fəlakətlərə qarşı Mübarizə Milli İdarəsi məlumat yayıb.

“Bu günə kimi ölkə üzrə 3374 yaşayış binası dağılıb, onlardan 2365-i qismən zədələnib, 1009-u isə yerlə-yeksan olub.

Ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində 75, Pəncabda 55, Sinddə 48, Hayber Paxtunxvada 47 ölüm halı qeydə alınıb”, – məlumatda bildirilib.