Medvedyev: Sülh bizim şərtlərimizlə olacaq

Rusiya Ukraynada bütün məqsədlərinə çatacaq.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Teleqram hesabında qeyd edib.

ABŞ-ı Kiyevə silah verməkdə ittiham edən Medvedyev Vaşinqtonu “beynəlxalq terrorizmin sponsoru” adlandırıb.

“Rusiya bütün məqsədlərinə çatacaq. Sülh bizim şərtlərimizlə olacaq”, – Medvedyev vurğulayıb.