Zelenski cəbhədəki uğurları sadaladı

Ukraynanın 2,6 mindən çox yaşayış məntəqəsi işğalçıların nəzarəti aldındadır.

Bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

O bildirib ki, Ukrayna ordusu düşmənə logistik itkilər yaşadıb, buna görə də Rusiya ordusu işğal etdiyi əraziləri saxlamaqda çətinlik çəkir:

“Addım-addım davam edirik, işğalçıların təchizatını pozuruq, onlarla əməkdaşlıq edənləri müəyyənləşdirir və zərərsizləşdiririk. Perspektiv aydındır – Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə ucalacaq. Bu, yalnız zaman məsələsidir. Bu zaman davam etdikcə, Rusiya Ukraynada həyatı dağıtmağa nail olur”.

Zelenski indiyə qədər düşməndən 1028 yaşayış məntəqəsinin geri alındığını qeyd edib:

“Ancaq 2621 yaşayış məntəqəsi hələ də işğaldadır”.