Baydendən İraqa çağırış: Dialoqla həll edin!

İraq Baş naziri Mustafa Kazımi və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

Bu barədə İraq hökumətinin məlumatında deyilir.

Söhbət zamanı Bayden müstəqil və suveren İraqı dəstəklədiklərini bildirib və ölkənin təhlükəsiz qüvvələrinin fəaliyyətini təqdir etdiyini söyləyib.

Ağ Ev rəhbəri İraqda qarşıdurmalar zamanı həlak olanların ailələrinə başsağlığı verib və siyasi gərginlikdən konstitusion çərçivədə dialoq yolu ilə çıxmanın gərəkdiyini əlavə edib.