Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi: “Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi”.
Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı: “Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəyə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanlın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır”.