Amerikalı general: Ukrayna onminlərlə itki verdi

Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Ukraynanın verdiyi itkilər onminlərlə ölçülür.

Bu sözləri ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli deyib.

“Onlar ağır bədəl ödəyiblər – minlərlə, onminlərlə ölü və yaralı…” – general bildirib.

Onun sözlərinə görə, söhbət hərbçilərlə yanaşı, mülki şəxslərin də itkisindən gedir:

“Rusiyanın hücumları nəticəsində xeyli dinc sakin həlak olub, 15 milyondan çox məcburi köçkün və qaçqın ordusu yaranıb”.