İran parlamenti təcili TOPLANIR – Sərhəd toqquşması müzakirə olunacaq

Ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalar İran parlamentində müzakirə olunacaq.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirəsi İran parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilib. Növbədənkənar iclas sentyabrın 21-nə planlaşdırılıb.

Qeyd edək ki, bəzi mənbələrə görə, son günlər İran Azərbaycan və Ermənistan sərhədinə qoşun yığıb.