ADMİU-da tələbə bileti pulla satılır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri onlardan tələbə biletini əldə etmək üçün ödəniş tələb edildiyini iddia edir.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, tələbə biletininin qeydiyyatı zamanı 5 AZN ödəyənlər, götürən zaman əlavə 5 AZN də ödəyəcəklər.

ADMİU-dan sorğumuza cavab olaraq məsələdən xəbərdardar olduqlarını və araşdırma aparıldığını bildiriblər.