239-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 239-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 66 650 hərbçi, 2 567 ədəd tank, 5255 ədəd zirehli döyüş maşını, 1646 ədəd artilleriya sistemi, 372 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 189 hava hücumundan müdafiə sistemi, 269 ədəd hərbi təyyarə, 241 ədəd helikopter, 4005 ədəd avtomobil texnikası, 1311 ədəd PUA, 329 qanadlı raket, 16 gəmi/qayıq, 147 xüsusi avadanlıq itirib.