Ermənistan ehtiyatda olan hərbçilər orduya çağırır

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimləri başlayır.

Bu barədə Ermənintan hökuməti qərar qəbul edib.

Məlumata görə, 2023-cü il avqustun 1-dən oktyabrın 13-dək Ermənistanda sıravi əsgərlərin, zabitlərin, eləcə də birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan gizirlərin təlim-məşq toplanışları elan ediləcək.

Toplanışa ümumilikdə 2352 şəxs və 205 nəqliyyat vasitəsi cəlb olunacaq.