“Qırmızı Xaç erməni separatizminə dəstək olub”

Qırmızı Xaç Komitəsinin Qarabağa qanunsuz yük daşımaları ilk deyil. Ümumiyyətlə, humanitar missiya xarakterli beynəlxalq təşkilat olan Qırmızı Xaçın fəaliyyəti erməni separatizminə dəstək olub. Əgər, BQX təşkilatı fəaliyyətində obyektivdirsə, Qarabağda yaşayan ermənilərə humanitar yükü Azərbaycan vasitəsilə daşımalıdır. Laçın yolundan humanitar deyil, hərbi məqsədlər üçün istifadə edən BXQ fəaliyyətinə bu yoldan istifadəyə birdəfəlik son verilməlidir.

Qeyd edim ki, BXQ birinci Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli olub. Məhz indiki fəaliyyətində də insanı deyil, siyasi və dini məsələləri üstün tutaraq Ermənistanın maraqlarına xidmət edir. BXQ Bakı bürosu Qarabağda yaşayan ermənilərə humanitar yüklər çatdırsın. Bunun Ermənistan vasitəsilə edilməsi, Azərbaycanın suverenliyinin pozulması və BXQ fəaliyyətinə kölgə salmış olur.

Məhəmməd Əsədullazadə 

Politoloq