Türkiyədən Quranın yandırılmasına sərt reaksiya: Özlərinin sonunu hazırlayırlar!

“Avropalılar Qurana qarşı edilmiş barbarlığa susmamalıdırlar”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib.

“Hər hansı bir dinin və ya inancın müqəddəsini təhqir edən şəxs insanlığa qarşı bir cinayət işləmiş sayılır. Bu cinayətə şərik olanlar, bu cinayəti izləyənlər və Avropaya qarşı yeni düşmənçiliyin yüksəlişini seyr edənlər əslində özlərinin sonunu hazırlayırlar”, – Numan Qurtulmuş qeyd edib.

Xatırladaq ki, 22 iyul tarixində Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında bir qrup radikalçı müqəddəs Qurani-Kərimi yandırıb.