İrandakı aksiyalarda öldürülən uşaqların sayı açıqlandı

2022-ci ilin sentyabr ayının 27-də İranda başlayan ümumxalq etiraz aksiyalarının ilk 3 ayı ərzində 71 uşaq hökumət məmurları tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatlarının son hesabatında bildirilib.

Onların arasında 2 yaşlı Mirşikari, 7 yaşlı Diana Mahmudi, 8 yaşlı Həsti Naruyi və 9 yaşlı Kiyan Pirfələk kimi azyaşlıların da adları var.

Həbsxanalarda işgəncələrə və cinsi zorakılığa məruz qaldıqları üçün azadlığa buraxıldıqdan sonra intihar edən yeniyetmələrin də adları hesabata daxil edilib.