Ermənistanın iki əsgəri ÖLDÜ

Ermənistan Ordusunun “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları Artyom Haykazyan və Armen Xaçatryan odlu silahdan açılmış atəş nəticəsində ölümcül xəsarət alıblar.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 27-də baş verib.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.