Metronun ilk xanım maşinisti işdən çıxarıldı – Telefonla danışırmış…

Bakı metrosunun ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”, – Bəxtiyar Məmmədov deyib.