Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.

 Qaynarinfo.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Məmmədzadə Vüsal Nazim oğlu Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.