Misir Qəzza ilə sərhədə ordu GÖNDƏRDİ

Misir Qəzza zolağı ilə sərhədini möhkəmləndirmək üçün əraziyə minlərlə əlavə təhlükəsizlik qüvvəsi yerləşdirib.

Zafer Tv xəbər verir ki, “Associated Press” (AP) bu barədə Misir kəşfiyyatının yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Misir hərbi əməliyyatları dayandırmaq üçün İsrailin müttəfiqləri, o cümlədən ABŞ və Avropa dövlətləri ilə gecə-gündüz işləyir.

Onun sözlərinə görə, bu ölkələr təhlükəsizlik zonalarının yaradılmasını və Rəfah şəhərindəki keçid məntəqəsi vasitəsilə humanitar yardımın çatdırılmasına zəmanət verməyi təklif edib. Lakin İsrail hələlik bu təklifə cavab verməyib.

Qeyd edək ki, “The Washington Post” oktyabrın 10-da Misir hökumətinin Rəfah keçid məntəqəsinin fəaliyyətini dayandırdığını iddia edib.

Qahirə bəyan edib ki, Misirlə Qəzza zolağı arasındakı Rəfah keçid məntəqəsi açıqdır.\\Musavat.com\\