Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib

Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib.

Zafer Tv xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib.

O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir: “Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür. Məscidlərə ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir”.